525.Az

Anar Qars Kafkaz Universitetinin fəxri doktoru seçilib


 

Anar Qars Kafkaz Universitetinin fəxri doktoru seçilib<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Türkiyənin Qars Qafqaz Unuversitetinin fəxri dokoru seçilib.

Bu barədə universitetin Senatosu rektor, professor Sami Özcanın başkanlığı, Fənn-ədəbiyyat fakültəsi dekanlığı  iyirmi nəfərə yaxın professor və dosentin imzaladığı qərarla xalq yazıçısı Anara Qars Qafqaz Unuversitetinin fəxri doktoru adı verilib.

Qərarda göstərilir ki, 1960-cı ildə Azərbaycan Dövlət Universitetindən məzunu olan, həm əsərləri, həm də “Qobustan” sənət toplusunda redaktorluğu ilə Azərbaycan türkcəsinin saflığı, gəlişməsi və irəliləməsi üçün mücadilə edən, 1991-ci ildə bağımsızlıq qazanan Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq və idarə etmək şərəfinə layiq görülən, iki dönəm Azərbaycan Milli Məclisinin üzvü olaraq Azərbaycan kulturunun yüksəlməsi üçün əzmlə çalışan, Azərbaycan Ana Yasa Komisyonunun üzvü, Azərbaycan Yazarlar Birliyi başqanı və Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında önəmli qatqıları olan yazar, ssenarist, kinorejissor Anara bu çalışmalarından dolayı Fəxri doktorluq adı verilməsinə yekdilliklə qərar verilib.

 





13.05.2014    çap et  çap et