525.Az

Fransada azərbaycanlı ifaçıların iştirakıyla konsert keçilrilib


 

Fransada azərbaycanlı ifaçıların iştirakıyla konsert keçilrilib<b style="color:red"></b> Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və "Xan Şuşinski" fondunun təşkilatcılığı ilə "Milli Musiqimizi qoruyaq" lahiyəsi çərçivəsində Fransanın Lion şəhərində möhtəşəm konsert proqramı olub.

525.az-ın məlumatına görə, konsertdə xalq artist tarzən Fikrət Verdiyev, əməkdar artist kaman ustası Elşən Mənsurov, Gəncə Dövlət Filarmoniyasının solisti Anar Quliyev, AzTv nin solisti Kamilə Nəbiyeva xalq mahnılarından ritmik muğamlarımızdan ibarət konsert proqramı ilə cıxış ediblər.

Konsertdə dünyanın müxtəlif xalqlarından, hətta ermənilərdən ibarət tamaşaçılar olublar. "Sarı gəlin" "İrəvanda xal qalmadı", "Şuşanın dağları", Qarabağ şikəstəsi" və s. tamaşacılar tərəfindən ayaq üstə alqışlarla qarşılanıb. 

Konsert bitəndən sonra tamaşaçılar sürəkli alqışlarla sənətçilərimizi yenidən səhnəyə dəvət ediblər.

Konsertin təşkilində Azərbaycan Respublikası Prezidenti yanında QHT lərə Dövlət Dəstəyi Şurasının sədri millət vəkili Azay Quliyev, Şuranın icracı direktoru Fərasət Qurbanov, Azərbaycanın Fransadakı səfirliyi- başda Elçin Əmirbəyov, Fransada fəaliyyət göstərən "Paris Azərbaycan evi"nin rəhbəri Mirvari Fətəliyeva köməklik göstəriblər. 

 





13.05.2014    çap et  çap et