525.Az

Türkiyədə mədən partlayışına görə cinayət işi açılıb


 

Türkiyədə mədən partlayışına görə cinayət işi açılıb<b style="color:red"></b> Türkiyənin Manisa vilayətində mədəndə baş vermiş partlayışda çoxlu sayda insanın həlak olması faktı üzrə cinayət işi açılıb.

Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "Sabah" qəzeti yayıb.

Bundan başqa, ölkədə bəzi mədənçilərin mədəndə qeyri-leqal çalışdıqları ilə bağlı araşdırmalara da başlanılıb.

Bir müddət əvvəl ölkənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyə parlamentinə Manisa vilayətinin Soma bölgəsindəki kömür mədənində mədənçilərin qeyri-leqal işlədikləri ilə bağlı müraciət etmişdi.

Parlament bu məsələyə baxmaqdan imtina etmişdi.

Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayışda 205 nəfər həlak olub.
 





14.05.2014    çap et  çap et