525.Az

“İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri faydalı olub”


 

“İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri faydalı olub”<b style="color:red"></b> İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başa çatıb.
 
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında BMT-nin Vyanadakı qərargahında saat 13:00-da öz işinə başlayan danışıqlar cəmi yarım saat çəkib.
 
Xəbərdə “altılıq” ölkələrinin təmsilçilərinin yekun nüvə razılaşmasının mətninin yazılması mərhələsinə daxil olmamışdan əvvəl lazımi məsləhətləşmələr aparmaq üçün qaldıqları otelə geri döndükləri bildirilir.
 
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann isə müzakirələrin faydalı keçdiyini bildirib: “Hazırda danışıqlar nümayəndə heyətləri arasında məsləhətləşmələrlə davam etdirilir. Müzakirələr bu gün günortadan sonra yenidən öz işinə başlayacaq”.
 
Qeyd edək ki, mayın 16-dək davam edəcək danışıqlar müavinlər səviyyəsində və ikitərəfli görüşlərlə davam etdiriləcək. Sonda isə M..Zəriflə K.Eşton arasında fikir mübadiləsi aparılacaq.
 





14.05.2014    çap et  çap et