525.Az

"Saçlarımı günəşdə hiss etmək istəyirəm"


 

"Saçlarımı günəşdə hiss etmək istəyirəm"<b style="color:red"></b> Facebookda “Mənim gizli azadlığım” adlı qrupu 130 min çox adam “layk”edib.

Kulis.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə  qrupun əksəriyyətini İran vətəndaşları  təşkil edir.
 
Hazırda səhifədə 150-dən çox foto yerləşdirilib. Onlar küçədə, plyajda kənddə tək və ya dostları ilə hicabsız “selfe” çəkirlər. 
 
Bəzi fotolar etiraz ruhlu mətnlərlə yayılıb:
 
“Mən hicaba nifrət edirəm. Mənim də günəşi və küləyi saçlarımda duymaq xoşuma gəlir. Məgər bu böyük günahdı?”.
 
Xatırladaq ki, İslam İnqilabından sonra qadınlara baş örtüksüz küçəyə çıxmaq qadağandır. Qanun pozuntusuna görə cərimə ödənilir və hətta həbs cəzası da verilir.
 
Londonda yaşayan və bu səhifənin yaradıcısı, İran jurnalisti Məsih Alinecat deyir: "Mənə elə gəlir ki, saçlarım hökümətin girovuna çevrilrib”.
 
Bu ideya onun ağlına öz  fotosunu yerləşdirəndə və minlərlə “layk” alanda gəlib.
 
Yüzlərlə qadın ona hicabsız rəsmini yollayıb.
 
M.Alinecat Tehran hökumətini sərt tənqid etməklə tanınsa da, deyib ki, bu səhifənin siyasətə dəxli yoxdur.
 
"Mən hicabın əleyhinə deyiləm. Mən seçimin olmamasının əleyhinəyəm”- bunu fotonu yollayan qadınlardan biri deyib.
 
Bir başqası yazır: “Gizli azadlıq o deməkdir ki, heç olmasa mən bir neçə saniyə özüm ola bilirəm”.
 
İranda hicabın da tərəfdarları çoxdur. Keçən həftə Tehranda ictimai yerlərdə hicabla bağlı daha sərt qaydaların tətbiq olunmasını tələb ediblər.
 
 





14.05.2014    çap et  çap et