525.Az

Bakıda aptek qarət edildi


 

Bakıda aptek qarət edildi<b style="color:red"></b>

Dünən Bakının Sabunçu rayonu ərazisindəki apteklərin biri qarət edilib.

525.az-ın Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Sevil Zakirovaya məxsus əczəxanada, naməlum şəxs orada satıcı işləyən Qələm Şıxəliyevaya qarşı zor tətbiq edərək, ondan 40 manat pul alıb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən şəhər sakini Aydın Tağızadə tutulub.

 





22.10.2012    çap et  çap et