525.Az

Bayraq meydanındakı bayraq niyə endirildi? (FOTO)


 

Bayraq meydanındakı bayraq niyə endirildi? <b style="color:red">(FOTO)</b>

Bu gün sosial şəbəkələrdə Dövlət Bayrağı Meydanında bayrağın endirilməsi əks olunan fotoşəkillər yayıldı. ANS PRESS-in məluamtına görə, fotoşəkillərin bəzilərində bayrağın ümumiyyətlə çıxarıldığı görünür.

Məsələni aydınlaşdırmaq üçün Dövlət Bayrağı Meydanı ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri ANS PRESS-ə bildirdi ki, bayrağın endirilməsi, sonradan çıxarılmasının səbəbi paytaxtda əsən güclü küləklə bağlıdır.

Onun sözlərinə görə, külək saniyədə 22-25 metrdən çox sürətlə əsəndə bayrağa ziyan dəyir. Bayrağı qorumaq üçün onun çıxarılmasına qərar verildi.

Hüseyn Azəri bildirdi ki, külək sakitləşəndən sonra bayraq yenidən qaldırılacaq.

 





15.05.2014    çap et  çap et