525.Az

Qəbul imtahanlarında şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədilə yeni sistem tətbiq edilir


 

Qəbul imtahanlarında şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədilə yeni sistem tətbiq edilir<b style="color:red"></b> Bu ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında şəffaflığın və təhlükəsizliyin təmin olunması istiqamətində daha bir yenilik tətbiq edir. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, qəbul imtahanları keçirilən imtahan binalarında mobil telefon və digər rabitə qurğularını avtomatik aşkar edən sistemin köməkliyi ilə həmin vasitələrdən istifadənin qarşısı alınacaq.
 
TQDK sədrinin sözlərinə görə, əgər imtahan iştirakçılarından kimsə qeyd olunan qurğulardan hər hansı birini aktiv edərsə, sistemin köməkliyi ilə onun yerləşdiyi otaq müəyyənləşdiriləcək: “Onsuz da imtahan binalarına buraxılış rejimində abituriyentlər ciddi yoxlamadan keçirlər. Buna görə də köməkçi vasitəni imtahan binasına keçirmək demək olar ki, mümkün deyil. Ancaq hər hansı belə bir hal baş versə belə, həmin imtahan iştirakçısı müəyyən olunacaq və onun barəsində müvafiq tədbirlər görüləcək”.
 





15.05.2014    çap et  çap et