525.Az

Möminə xatın məqbərəsi və onunla bağlı aparılan araşdırmalar


 

Möminə xatın məqbərəsi və onunla bağlı aparılan araşdırmalar <b style="color:red"></b>

Musa Rəhimoğlu (QULİYEV)

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru 

Azərbaycan memarlığının ən nadir unikal abidələrindən biri Möminə xatın məqbərəsidir. Hicri tarixi ilə 582-ci ilin məhərrəm ayında (miladi 1186- il, aprel) görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən bu məqbərə dünyanın monumental abidələrindəndir. Qeyd edək ki, orta əsr Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin yaradıcısı Əcəmi Naxçıvani inşa etdiyi abidələrin üzərində özünü "Əbubəkr oğlu Əcəmi, naxçıvanlı memar" kimi təqdim edib.

XII əsr Azərbaycan mədəniyyətinin ictimai fikrinin çiçəkləndiyi bir dövrdə yaşayıb yaratmış memarın inşa etdiyi bu abidə o qədər zərif, o dərəcədə yüksək bədii təfəkkür məhsuludur ki, ona tamaşa etməyə gələni öz cazibəsində saxlaya bilir. Çünki məqbərədə riyazi təfəkkürlə bədiiliyin vəhdəti duyulur. Abidəyə həndəsi ornamentlər yük ustalıqla həkk edilib. Xarici səthləri bir-birindən ayıran tillərin memarlıq bölgüsünün dəqiqliyinə heyran qalmaya bilmirsən. Möminə xatın türbəsini inşa edən Memar Əcəmi kufi xətli kitabələri həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkələrinə uyğunlaşdırmışdır. Bütün bunlar abidənin ümumi kompozisiyasını tamaşaçıya sevdirə bilir. Həmin kufi xətli kitabələrdən biri bizi yalən on ikinci yüzilliyə aparır: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar". Bu inci yadigar Şərq memarlığı üçün məktəb olmuşdur. Əcəmi yaradıcılığının təsiri ilə 1196- ildə inşa edilən Azərbaycanın Marağa şəhərində y günbəz, Culfadakı Gülüstan türbəsi (XIII əsr), XIV əsrdə tikilən Qarabağlar, həmçinin Bərdə Salmas türbələri, türk mühəndisi memarı Koca Sinan Əbdülmənnan oğlunun (1489-1490 Kayseri-Ağırnas kəndi - 1588 İstanbul) İstanbulda memarı olduğu türbələr bu gün dünyanı heyrətləndirməkdədir. Memar Koca Sinan 1514, 1535-ci illərdə Türkiyə ordusunun tərkibində yeniçəri korpusunda hərbi xidmətdə olarkən Azərbaycanda onun ayrılmaz hissəsi Naxçıvanda olmuşdur. Bu haqda alman sənətşünası E.Dits məlumat vermişdir.

Tarixdə unikum, yəni qeyri-adi şəxsiyyətlərin mürəkkəb taleləri olduğu kimi, unikal, yəni orijinal abidələrin özünəməxsus taleləri vardır. Çox təəssüflər ki, Möminə xatın türbəsi bəzən Naxçıvana işğalçı kimi gələn xarici qoşunların qısqanclığına səbəb olmuş, ona silah tuşlayanlar atanlar olmuşdur.

1905-ci ildə çəkilmiş bir fotoda bu, aydın görünür. Naxçıvan xanlığı 1828-ci ildə Rusiya tərəfindən işğal edildikdən sonra rus hərbçi şərqşünaslar, etno­qraflar arxeoloqlar bu abidədə axtarışlar qazıntılar aparmışlar. Orta məktəbdə oxuduğumuz illərdən üzü bəri eşitdiyimiz elə söz-söhbətlər var ki, onlara biganə qalmaq olmur. Elə bu yazımızın əsas qayəsində həmin axtarışlardan biri dayanır.

Möminə xatın Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Eldəniz Şəmsəddinin (hakimiyyətdə olduğu illər - 1136-1174) yat yoldaşı, Məhəmməd Cahan Pəhləvanın (hakimiyyətdə olduğu illər - 1174-1186) Qızıl Arslanın (hakimiyyətdə olduğu illər - 1186-1191) anasıdır. Bəzi müəlliflər yanlış olaraq Möminə xatını Cahan Pəhləvanın xanımı kimi yazırlar. Məhəmməd Cahan Pəhləvanın yat yoldaşı Zahidə xatın olmuşdur. Cəlaliyyə isə onların qızıdır.

Möminə xatın Azərbaycanın diplomat qadınlarındandır. O, Atabəylər dövlətinin xarici daxili siyasətində ərinin oğlanlarının yaxın köməkçisi olmuşdur. Elə bu sədaqətinə görə əri Şəmsəddin Eldəniz onun məzarı üstündə əzəmətli məqbərə tikdirmək qərarı vermişdir. Möminə xatın 30 sentyabr 1175-ci ildə Naxçıvanda əbədiyyətə qovuşmuş, ondan bir ay sonra Şəmsəddin Eldəniz Atabəy dünyadan köçmüşdür. Özülü 1175-ci ilin oktyabrında qoyulan məqbərənin inşası onların sədaqətli oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən 1186- ildə başa çatdırılmışdır. Deməli, məqbərə 10 il 3 aya inşa edilmişdir.

Möminə xatın türbəsinin hündürlüyü 34 metr olmuş, sonralar isə 8 metr hündürlükdə xarici örtüyü dağılmışdır (daha doğrusu, dağıdılmışdır, bu haqda bir az sonra). Türbə iki hissədən - yeraltı yerüstü hissələrdən ibarətdir. Arxeoloqların yazdığına görə, yeraltı sərdabə hissəsi 10 bucaqlıdır. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər bir küncünə doğru bir tağ salınmışdır. Türbənin yerüstü hissəsi xaricdən 10 guşəli, daxildən isə dairəvidir.

İndi gəlib çatdıq əsl mətləbə - 1953- ildə Möminə xatın türbəsində aparılan qazıntılara. Onu da deyək ki, bu axtarışları akademik İsa Həbibbəylinin məsləhəti ilə aparmışıq.

Sözügedən qazıntıdan xəbəri olan insanların Naxçıvan şəhərində axtarışına başladıq. Çox axtarışdan sonra həmin qazıntılarda iştirak edən bir nəfərin - Ənvər Nəsir oğlu Bağırovun sağ olduğunu öyrəndik. Ənvər Bağırov 1927-ci ildə Naxçıvan şəhərində Möminə xatın türbəsinə yaxın "Qala" məhəlləsində anadan olmuşdur. Babaları İrəvan mahalındandır. Ömrü boyu sürücü işləyən Ənvər əmi ilə zəngləşib görüşməyi qərara alırıq. Onun verdiyi məlumatlar çox maraqlı idi.

Ənvər Bağırovun dedikləri: "136 il ömür sürmüş Hürzad xalam türbənin lap yaxınlığında yaşayırdı. 26 yaşım vardı hər gün onlara gəlirdim.

1953- ilin qızmar yay günlərindən birində eşitdik ki, türbədə axtarışlar aparmaq üçün Moskvadan alimlər gəliblər. Məqbərənin üstünə çıxmaq üçün taxtabənd hazırladılar. Komissiya (ekspedisiya - müəllif), səhv etmirəmsə, 10 nəfərdən ibarət idi. Aralarında bir qadın vardı. Çox fəallıq göstərirdi. Taxtabəndi qurandan sonra məqbərənin üstünə çıxıb onun şərq hissəsini sökməyi fəhlələrə göstəriş verdilər. Çox çətinliklə qazılırdı. Biz gənclər çıxıb baxırdıq. Bizə izah etməsələr , baxmağa icazə verirdilər. Bir adam boyu qazandan sonra uzun bir taxta sandıq çıxdı. Onun ağzını açdılar. Hamısı qədim kitablar yəsə bükülmüş sənədlər idi. Karton üzərinə çəkilmiş bir qadın şəkli (3 ədəd) vardı. Rus alimləri çox sevinirdilər. Məqbərənin üzərində, günçıxan tərəfdə qazdıqları yer 3-4 gün qaldı. Mən oraya düşdüm ki, hündürlüyünü bilim. Sinəmdən yuxarı idi. Sonralar oranı Moskvadan gələnlər betonlatdılar.

Onu da deyim ki, o vaxtlar məqbərənin qapısı indiki yerdə, yeraltı sərdabənin giriş qapısı isə qərbdən idi. Sərdabəyə girəndə sütundan solda iki qoşa qəbir vardı. Üzəri minarənin tikildiyi kərpiclə örtülmüşdü.

Bir gün alimlərin başçısı mənə dedi ki, Bağırov, sən maşınınla bizi Culfaya apara bilərsənmi? Dedim, apararam. Biz maşınla Culfaya yola düşdük. Ancaq indiki quşçuluq fabrikinin tikildiyi yerə çatanda mənə dedilər ki, maşını yuxarıdakı təpəliyə tərəf sür. Dəmir teleqraf dirəklərinə çatanda maşını saxladıb yerə düşdülər. Mənə dedilər ki, bu teleqraf xətti Moskvadan Hindistana gedir. Maşınımda gələn 3 nəfərdən biri dediyim qadın idi. O, əlində bir kitab tutmuşdu. Kitabı açıb baxdı. Onu da deyim ki, bu dirəklərin üzərinə nömrə yazılmışdı. 20-62, yaxud 20-63- nömrənin yanındakı təpənin üstünü qazmağa başladılar. Çox nəhəng bir qəbir çıxdı. Onun sümüklərini yeşiyə yığdılar. Soruşdum, dedilər ki, müharibədə həlak olan bir Knyazın məzarıdır. biz Culfaya getdik. Onlar axırıncı dəmir dirəyin nömrəsini qeyd edib Naxçıvana qayıtdılar".

Arada soruşuram ki, Ənvər əmi, sən indi o təpəni tapa bilərsənmi? Deyir ki, taparam. Ənvər əminin 1964- ilə aid bir xatirəsi yerinə düşər: "Biz bir neçə nəfər gənc Köhnə qalada ov edirdik. İndiki Nuh türbəsinin yerində uçuntular içində bir qəbir qülləsi vardı. Birdən yanımızda maşın dayandı. Naxçıvanda hamının ehtiyat etdiyi milis erməni Aram maşından düşüb bizə acıqlandı ki, burada ov etmək olmaz, tez çıxıb gedin. Biz gedib qala divarının dalında gizlənib baxmağa başladıq. Onlar dediyim qülləni vurub uçurdular yisə oradan götürüb parçaya bükdülər, maşına qoyub tələsik sürüb getdilər. Gəlib baxdıq. Orada iri bir çuxur vardı".

Ənvər əmi sonda qeyd edir ki, Möminə xatın türbəsində qəbirlərin qazılmasından xəbərim yoxdur. 1973- ildə Naxçıvan Şəhər Soveti niyəsə Rəhim xanın yətindəki su kranını gətirib türbənin qərbində yerləşdirdi. Gecə-gündüz axan su onun bir tərəfinin əyilməsinə səbəb oldu.

Müəllif şərhi

Möminə xatın türbəsinin yeraltı sərdabəsinə girişin qərbdən olması doğrudur. Hətta məxəzlərdə yazılıb ki, türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. 1830-cu ildə türbənin çəkilmiş litoqrafik şəklində yeraltı sərdabəyə giriş qapısı şərqdən deyil (indiki yerdə). Türbənin günbəz hissəsi boşqab formasındadır. 1905-ci ilə aid şəkildə isə artıq belə deyil. Müəyyən qədər dağıdılmış formadadır. Orada saxlanılan kitablar, sənədlər hökmən Atabəylərə aid olmuşdur. Həmin ekspedisiyanın hesabatları, yəqin ki, haradasa saxlanılır bu haqda məlumatlar var. Çox güman ki, bu arxiv-kitabxana Atabəylərə aid imiş. Rusiyada belə qədim kitabları, risalələri, əsasən, Sankt-Peterburqdakı Saltıkov-Şedrin adına kütləvi kitabxananın xüsusi fondlarında saxlayırlar. Məşhur Ərdəbil Axalsıx paşalığının əsir aparılmış kitabxanası da burada saxlanılır.

Ənvər əminin dediyi bu arxiv-kitabxananı tapmaq üçün Naxçıvanda axtarışda olan elmi ekspedisiyaların hesabatlarını axtarıb tapmaq oxuyub öyrənmək axtarışlara kömək edə bilər. Axtarışlar zamanı məlum oldu ki, məzarlar 1957-ci ildə qazılıb deyilənə görə, sümüklər Sankt-Peterburqdakı yük Pyotr adına (sabiq kunstkamera) Antropologiya Etnoqrafiya Muzeyinə aparılmışdır. Məzarların 1957-ci ildə açılması haqqında məlumatı bizə kinorejissor Tahir Əliyev vermişdir. O, bu məqbərə haqqında sənədli film çəkmişdir.

O qazıntının şahidi olan Cəfər kişi 5 aydır ki, dünyasını yişmişdir. Onun dediyinə görə, qazılmış məzarın birində parıltılı, üstü ərəb hərfləri ilə yazılmış bəzək əşyası da varmış. Cəfər kişi hətta bunun ləl olduğunu da yyirmiş. Ermitaj adı ilə aparılmış bu bəzək əşyasının, yəqin ki, təsviri haradasa saxlanılır. Axtarışlar əsas verir deyək ki, qoşa məzarlar Möminə xatının onun əri Şəmsəddin Eldəniz Atabəyin məzarları imiş. Çünki onlar bir ay ara ilə vəfat etmişlər. İndi canlı arxiv kimi yaşayan Ənvər əmi bu qoşa məzarları görən yeganə şahiddir.

Yəqin ki, dünya memarlığına meydan oxuyan Möminə xatın türbəsi (bəzi sənədlərdə Atabəylər məqbərəsi) ilə bağlı aparılacaq ciddi kompleks axtarışlar bir çox qaranlıq məsələlərə aydınlıq gətirəcək.

Sonda maraqlı bir məsələyə toxunmaq istərdik. XII əsrdə Azərbaycanda da qədim nücum elmi çox inkişaf etmişdir. Nizami Gəncəvinin digər müəlliflərin yaradıcılığı buna əyani sübutdur. Əcəmi Naxçıvaninin dəqiqliklə inşa etdiyi türbələrdə nücum elmi ilə bağlı elementlər mövcuddur. Burada həndəsənin sferik triqonometriya bölməsi ilə əlaqəli elmi izahını gözləyən məsələlər vardır. Bir sözlə, bu türbə ylər aləmi ilə çox əlaqəlidir onun dərin mənalara malik kosmik sirri var.

 





15.05.2014    çap et  çap et