525.Az

Bir qardaş digərinin yerinə imtahan verməyə cəhd edib


 

Bir qardaş digərinin yerinə imtahan verməyə cəhd edib<b style="color:red"></b>

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır

“Mayın 11-də keçirilən qəbul imtahanında (ötən ilin məzunları üçün ) II qrupda 2 nəfər 600 baldan yuxarı nəticə göstərib. III qrupda isə 3 nəfər 600-dan yuxarı bal toplayıb”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. TQDK sədri vurğulayıb ki, imtahanda qayda pozmağa cəhd edən insanlar da olub. “ Bir neçə nəfərdə telefon aşkar olunub. Nəsə keçirməyə cəhd edənlər də olub. Həmin insanlar da cəzalandırılıb”.

Komissiya sədrinin sözlərinə görə, əvvəlki illərin məzunları üçün mayın 11-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin 30 faizi 2013-cü ilin məzunudur. “2010-2013-cü il məzunları imtahanda iştirak edən abituriyentlərin 50 faizini təşkil edib. Qalan 30 faiz ondan əvvəl məktəbi qurtaranlardır. Keçirilən imtahanın nəticələri bizim ürəyimizi açmır. Bu ilin məzunlarının imtahanlarının nəticələri isə iyulda bəlli olacaq”.

Komissiya sədrinin sözlərinə görə, mayın 11-də keçirilən imtahanda ata oğullarından birini digər oğlunun əvəzinə imtahanda iştirak etməyə təhrik edib: “Belə ki, həmin atanın 2 oğlu ötən il ali məktəblərə qəbul imtahanında iştirak edib. Onlardan biri ötən il dövlət ali məktəbinə qəbul olunub. Digər oğlu isə qəbul olunmayıb. Ali məktəbdə oxuyan qardaş bu il əvvəlki məzunların imtahanında iştirak etməli idi. Müəllim olan atası isə universitetdə oxuyan oğlunu Bakıdan çağıraraq, digər oğlunun yerinə imtahana göndərib. Lakin bu hal imtahan binasına giriş zamanı aşkarlanıb. Hazırda həm ali məktəbdə oxuyan oğul, həm də ata ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır”.

 





15.05.2014    çap et  çap et