525.Az

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək


 

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək<b style="color:red"></b>

ABŞ dövlət katibinin beynəlxalq kommunikasiyalar və informasiya siyasəti üzrə köməkçisi Filipp Vervi noyabrın əvvəllərində Azərbaycana gələcək.

Bu barədə APA-ya ABŞ səfirliyinin mətbuat katibi Conas Stüart məlumat verib. Filipp Verfi noyabrın 6-9-da Bakıda keçiriləcək İnternetin İdarə Edilməsi Forumuna qatılacaq ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

ABŞ dövlət katibinin köməkçisinin Azərbaycan rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.

 





22.10.2012    çap et  çap et