525.Az

Bacısını bıçaqlayan qız özünü asdı


 

Bacısını bıçaqlayan qız özünü asdı<b style="color:red"></b>

Bir neçə gün öncə Biləsuvarda bacısını bıçaqlayan qız yaşadığı evdə özünü asıb. Biləsuvar rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, bacısı Könül İmanovanı bıçaqlayan Aynurə intihar edib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Xatırladaq ki, oktyabrın 18-də Biləsuvarda yaşayan 34 yaşlı Aynurə İmanova xəstəxanadan, anasının ziyarətindən evə qayıdarkən evin səliqəsiz olduğunu görüb və böyük bacısına iradını bildirib. İrad münaqişə ilə nəticələnib.

Əsəblərini cilovlaya bilməyən Aynurə mətbəxt bıçağı ilə bacısı Könülə xəsarət yetirib. Könül İmanova dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Aynurə İmanova isə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun ifadəsi alındıqdan sonra müvvəqəti olaraq sərbəst buraxılıb.

 





22.10.2012    çap et  çap et