525.Az

Nikahın qeydiyyatı internetlə aparılacaq


 

Nikahın qeydiyyatı internetlə aparılacaq<b style="color:red"></b>

Azərbaycanda doğum, ölüm, nikah, nikahın pozulması, övladlığa götürmə və atalığı müəyyən etmək haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin internetlə qəbuluna başlanıb.

 «APA-ECONOMICS«in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiqlənmiş mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə göstərilən elektron xidmət növlərinin siyahısında nəzərdə tutulub.

 Qeyd edək ki, adı çəkilən qərarla «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları»nın və «Elektron xidmət növlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilib.

 Siyahının Ədliyyə Nazirliyinə aid hissəsinə əsasən bundan sonra vətəndaşlar ədliyyə orqanları və notariusların qəbuluna internet vasitəsilə onlayn yazıla da biləcəklər. Bundan başqa, Azərbaycan vətəndaşlarına, həmçinin Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi, borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin internet vasitəsilə ödənilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi də internet vasitəsilə mümkün olacaq.

 





22.10.2012    çap et  çap et