525.Az

İlyas Əfəndiyev YUNESKO-da anılacaq


 

İlyas Əfəndiyev YUNESKO-da anılacaq<b style="color:red"></b>

xMayın 19-da Parisdə YUNESKO-nun Baş Qərargahında xalq yazıçısı, dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi keçiriləcək.
 
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yubileydə dramaturqun həyat və yaradıcılığına dair fotosərgi, həmçinin konsert proqramı olacaq.
 
Tədbirdə baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyi isə nazir müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirin açılış mərasimində E. Əfəndiyev və YUNESKO-nun Baş direktoru İrina Bokovanın çıxışları nəzərdə tutulub.

Yubiley Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə keçirilir.
 
Qeyd edək ki, İlyas Əfəndiyevin 100 illik yubileyi YUNESKO-nun 2014-2015-ci illər üzrə “Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri” ilə bağlı Proqramına daxil edilib.

 





19.05.2014    çap et  çap et