525.Az

Ötən həftə ölkə ərazisində 106 əcnəbi saxlanılıb


 

Ötən həftə ölkə ərazisində 106 əcnəbi saxlanılıb<b style="color:red"></b>

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib.

Xidmətdən 525.az-a verilən məlumata görə, oktyabrın 15-19-da DMX tərəfindən Bakı şəhərində, həmçinin Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. Keçirilən tədbirlər nəticəsində qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 106 əcnəbi aşkar edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

BƏXTİYAR

 





22.10.2012    çap et  çap et