525.Az

Müəllimlər işə qəbul olunarkən and içəcəklər


 

Müəllimlər işə qəbul olunarkən and içəcəklər<b style="color:red"></b> Azərbaycanda işə yeni qəbul olunmuş müəllimlər üçün andiçmə mərasimi keçiriləcək.

Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə, bu, Azərbaycan təhsil naziri Mikayıl Cabbarovun imzaladığı "Müəllimlərin etik davranış qaydaları"nda nəzərdə tutulub.

Qaydalara görə, müəllim ilk dəfə daimi işə qəbul olunarkan "Azərbaycan Respublikası Konstitusiyasına va qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacagıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər va digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracagıma, müəllim adını və şərəfini uca tutacagıma and icirəm" deyərək and içəcək.

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayragı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçiriləcək.

Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.
 





20.05.2014    çap et  çap et