525.Az

Büdcə təşkilatlarının kommunal və rabitə xidmətlərinə görə 8 milyon manat borcu var


 

Büdcə təşkilatlarının kommunal və rabitə xidmətlərinə görə 8 milyon manat borcu var<b style="color:red"></b>

Bu ilin I rübündə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 347,8 mln. kVt/saat elektrik enerjisi, 63,5 min Q.kal istilik enerjisi, 46,4 mln. kubmetr təbii qaz, 5,1 mln. kubmetr su, 1,9 milyon manatlıq rabitə xidmətləri istehlak edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təbii qazın istehlakı 10,5%, elektrik enerjisinin istehlakı 9,8%, istilik enerjisinin istehlakı 6,7% artıb. Bununla yanaşı, rabitə xidmətlərinin dəyərində 5,0%, suyun istehlakında isə 7,3% azalma müşahidə olunub.
 
İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 5,0% artaraq 33,7 mln. manat təşkil edib.
 
İstehlakın ümumi dəyərinin 61,7%-ni elektrik enerjisi, 14,0%-ni su, 13,6%-ni təbii qaz, 5,6%-ni rabitə xidmətləri, 5,1%-ni isə istilik enerjisi təşkil edib.
 
Bu ilin yanvar-mart aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 76,6%-ni (2013-cü ilin müvafiq dövründə 73,5%) ödəməklə 7,9 mln. manatını kəsirdə qoyublar. Başqa sözlə, istehlak edilmiş elektrik enerjisinin 5,4 mln. manatı, təbii qazın 1,4 mln. manatı, istilik enerjisinin 522,0 min manatı, suyun 390,7 min manatı, rabitə xidmətlərinin 149,1 min manatı ödənilməyib.

 





20.05.2014    çap et  çap et