525.Az

"Son "Eurovision" qalibini qəbul edə bilmirəm"


 

"Son "Eurovision" qalibini qəbul edə bilmirəm"<b style="color:red"></b>

MUSA QULİYEV: "UŞAQLARA QARŞI  OĞURLUQ, SUİ-QƏSD CİNSİ İSTİSMARLA BAĞLI ÖMÜRLÜK CƏZA NÖVÜ SEÇİLMƏLİDİR..." 

Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin "525"ə müsahibəsi

- Musa müəllim, son illər bütün  dünyada olduğu kimi, Azərbaycanda da çox təəssüflər olsun ki, qadınlara qarşı zorakılıq hərəkətləri, o cümlədən, uşaqlara qarşı cinsi istismar halları sairə artmaqdadır. Artıq qardaş Türkiyə dövləti, rəhbərliyi bununla bağlı qanunvericilikdə ciddi sərtləşdirmələrin aparılmasını nəzərdə tutur artıq baş nazir Rəcəb Tayyib Ərdoğanın özünün təşəbbüsü ilə bu yöndə qanun layihələri Türkiyə Böyük Millət Məclisinə göndərilib. Bu baxımdan, Azərbaycan dövləti parlamenti bu istiqamətdə analoji addımlar ata bilərmi?

- Ümumiyyətlə, zorakılığa qarşı mübarizə tədbirləri  həmişə lazımdır.  Bütün cəmiyyətlərdə, o cümlədən, Azərbaycanda da bu yöndə mübarizə aparılır. Azərbaycanda konkret olaraq həm uşaqlara, həm   qadınlara qarşı olan zorakılıqlarla bağlı qanunvericilik aktları qəbul olunub.

Bununla belə,  hesab edirəm ki, bu yöndə cəzaların sərtləşdirilməsi  heç   çıxış yolu deyil. Burada daha çox maarifləndirmə işi  profilaktik tədbirlər aparmaq lazımdır. Eyni zamanda, onu da deyim ki,  zorakılıq halları adətən normal ailələrdə baş vermir, bu, daha çox  o ailələrdə baş verir ki, həmin ailələrdə müəyyən problemlər var...

- Hansı problemlər var?

- Psixoloji problemlər var, mənəviyyat problemi var, əxlaq problemi var yaxud da, ailədə hansısa bir ailə üzvü, xüsusən ailənin kişi üzvü kriminal xüsusiyyətlərə malik bir adamdır. Bunu da  heç şübhəsiz ki, qohumlar bilirlər, qonşular bilirlər. Uşaqla bağlıdırsa, bunu məktəb bilir əslində bunu elə məktəb bilməlidir . Yaxud da yerli bələdiyyə, yerli icra orqanları bilməlidir.

Sadəcə, biganəlik elə bil cəmiyyətdə bir az artıb. Hətta, küçədə gedərkən görürsən ki, zəif bir insanı incidirlər, ancaq insanlar ona qarşı  demək olar ki, biganədir, hamısı çəkilib kənara gedir. Lakin əvvəllər belə deyildi. Məsələn, bizim gənclik illərimizdə belə deyildi. 70-ci illərdə, 60- illərdə belə deyildi. Hesab edirəm ki,  cəmiyyətin biganəlik buzunun əridilməsi üçün tədbirlər görmək lazımdır.  Ancaq bunlarla yanaşı qanunvericilikdə , şübhəsiz ki,  kifayət qədər ciddi sərt cəza növləri nəzərdə tutula bilər tutulmalıdır.

-Məsələn?

-Hesab edirəm ki, uşaq oğurluğuna, uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilə bilər sərtləşdirilməlidir. Çünki uşaqların yaşadığı bu cür  hallar ömrü boyu onları izləyəcək bir stressdir, onların  valideynləri üçün stressdir əslində uşaq oğurluğu elə uşaq ölümünə bərabər bir cinayət hesab olunmalıdır.  Yəni,  bu baxımdan, həmin cinayəti edənə  ömürlük cəza tətbiq olunmalıdır.

-Qadınlara qarşı zorakılıqlarla bağlı bəs deyərdiniz?

 -Bilirsiniz, bir çox cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətdə   bir reforma, islahat gedir. Biz bütövlükdə Qərbə açılmış açıq bir cəmiyyətik. İnformasiya bolluğu var, xüsusən kompüter texnologiyasının, informasiya-kommunikasiya  texnologiyasının inkişafı Qərbdəki bütün dəyərləri bir anın içində bura gətirməkdədir. Amma biz o dəyərləri qəbul həzm etməyə hazır deyilik. Məsələn, şəxsən mən özüm  son "Eurovision"  qalibini bizim cəmiyyət üçün  qəbul edə bilmirəm. Amma Qərb görünür bunu normal hesab edir. Qərbin normal hesab etdiyini biz qəbul edə bilmədiyimizə, amma ayrı-ayrı insanlar, şəxslər onu özləri  üçün bəlkə hardasa kumir, yaxud da, bir inkişaf kimi hesab etdiyinə görə, görürsən, bəzən ailə-məişət daxili konfliktlər  baş verir.

Ona görə hesab edirəm ki, biz ənənələri  qoruyub saxlamalıyıq biganəlik buzunu aradan qaldırmalıyıq, maarifləndirmə profilaktika işini gücləndirməliyik. Cəzanın artırılması, görünür, burada bu qədər böyük rol oynamayacaq. Yalnız uşaqlara qarşı  oğurluq sui-qəsdlə, cinsi istismarla  bağlı hesab edirəm ki, ömürlük cəza növü seçilməlidir...

Kamil HƏMZƏOĞLU

 





21.05.2014    çap et  çap et