525.Az

"Bu, Qarabağ tənzimlənməsində ciddi uğur hesab edilə bilər"


 

"Bu, Qarabağ tənzimlənməsində ciddi uğur hesab edilə bilər"<b style="color:red"></b>

Dünən Siyasi İnnovasiya Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda növbəti tədbir keçirib.

Politoloq bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu il mayın 12- verdiyi bəyanatlarından çıxış edərək BMT Təhlükəsizlik Şurasına təqdim edilmək üçün Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinin "yol xəritəsi"ni hazırlamalıdırlar. Onun sözlərinə görə, 12 may 2014- ildə ATƏT-in Minsk qrupu həmsədrlərinin qəbul etdiyi qətiyyətli bəyanat vasitəçilik missiyasının uğurla başa çatması üçün siyasi hüquqi əsaslar yaradır. M.Əhmədoğlu 12 may bəyanatında yer almış "işğal olunmuş ərazilər" termini kifayət qədər ciddi məsələ olduğunu deyib: "Beynəlxalq hüquqda işğal faktı var, işğalın miqdarı faktı mövcud deyil. 1 kv.sm ərazinin işğalı ilə 1 milyon kv.km ərazinin işğalı arasında hüquqi baxımdan heç bir fərq yoxdur. Ermənistanın Dağlıq Qarabağ münaqişəsini tənzimləmək fikri yoxdur. Ona görə qətiyyətli həmsədrlərin Ermənistanı yenidən dayanıb gözləməyə haqları çatmır. Minsk Qrupu vasitəçiləri BMT Baş Assambleyasının 2009-cu ildə qəbul etdiyi 62/228 nömrəli qətnaməsinə əsasən fəaliyyət göstərirlər. BMT Baş Assambleyasının bu sənədində vasitəçiliyin zaman normativləri müəyyənləşib. Vasitəçilik missiyası üç ay ərzində effekt verməzsə, onu reallaşdıran qurum məsələni BMT Təhlükəsizlik Şurası qarşısında qaldıra bilər. Eləcə tərəflərə bu məsələni BMT Təhlükəsizlik Şurası qarşısında qaldırmağı tövsiyə edə bilər. Vasitəçilərin 20 ildən çox fəaliyyəti nəzərə alınsa, onların Ermənistan tərəfinə birdən-birə ultimatum verməsi ağlabatan deyil. Amma qarşıdakı 3 ay üçün atılacaq addımlardan ibarət "yol xəritəsi" hazırlayıb Azərbaycan Ermənistana təqdim etməlidirlər. "Yol xəritəsi"ndə Ermənistanın Dağlıq Qarabağ ətrafındakı əraziləri demilitarizasiyası, bu əraziləri Azərbaycana qaytarması, Ermənistanın öz hərbçilərinin Dağlıq Qarabağ ərazisində xidmətini qadağan etməsi konkret tarixlərlə göstərilməlidir. Azərbaycanın artan hərbi fəallığının 3-4 ay ərzində idarəçiliyi "yol xəritəsi"ndə göstərilməlidir. 12 may bəyanatı əsasında hazırlanmış "yol xəritəsi"ni hansı ölkə reallaşdırmazsa, o zaman həmin ölkənin məsələsi BMT Təhlükəsizlik Şurasında qaldırılmalıdır. BMT Təhlükəsizlik Şurasının sanksiyaları ilə üzləşən Ermənistan qısa müddət ərzində qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxaracaq praktiki tənzimləmə başlayacaq".

Politoloq hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatı irəliyə doğru atılan addımdır qətiyyətlilik nümunəsidir: "Mayın 12- atəşkəs rejiminin 20 illiyi ilə əlaqədar həmsədrlər bəyanat yaydılar. Bu bəyanatın qətiyyəti ilk növbədə diqqəti çəkir. Lakin bu bəyanatın daha 3 parametri Dağlıq Qarabağ tənzimlənməsində ciddi uğur hesab edilə bilər. Birincisi, bu bəyanatda ilk dəfə olaraq Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal olunmuş ərazilər adlandırıldı. Həmsədrlərin bu bəyanatı siyasi olmaqla yanaşı, həm hüquqi sənəddir. İkincisi, ilk dəfə olaraq həmsədrləri 2009-cu il iyunun 10-da İtaliyanın Akvil şəhərində həmsədr ölkə prezidenlərinin imzaladığı ABŞ prezidentinin mətbuat xidməti tərəfindən yayılmış Madrid Prinsiplərinin yenilənmiş variantını olduğu kimi bəyanatlarına daxil etdilər. Belə ki, Minsk Qrupu danışıqlar masası üzərində yalnız 2009-cu il iyunun 10-da həmsədr ölkə prezidentləri tərəfindən imzalanmış sənədin olduğunu rəsmən təsdiqlədilər. Kazan görüşü daxil olmaqla Ermənistan həmişə 2009-cu il sənədinin mahiyyətini 2008-ci ildə həmsədr ölkələrinin xarici işlər nazirlərinin imzaladığı Rusiya Federasiyası xarici işlər naziri tərəfindən yayılmış sənədə doğru dəyişmək istəyir. Ermənilərin bu cəhdlərinə həmsədrlər son qoydu. Üçüncüsü, həmsədrlər "amerikan variantını" inkar etdilər. Amerikalı həmsədr Yenilənmiş Madrid Prinsiplərinin altı maddəsini təqdim etmişdi. Bu zaman o, birinci ikinci maddələrdə daimi aralıq statuslar məsələsinin həllini ön plana çıxarmışdı. Həmsədr ölkə prezidentlərinin Akvil sənədində, eləcə Minsk Qrupu həmsədrlərinin son bəyanatında altı maddənin birincisi Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını təsbit edir. Eləcə həmsədrlərin 12 may bəyanatı "amerikan variantı"ndan fərqli olaraq Dağlıq Qarabağ ərazisi ilə Dağlıq Qarabağ ətrafındakı ərazilərin statusları arasında hüquqi dissonans yaratmır. 12 may bəyanatında Dağlıq Qarabağ ətrafındakı ərazilərin statusu işğal olunmuş ərazi statusudur. Bu, bir mənalı şəkildə Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağın özünün ərazisinin statusu isə Azərbaycan Ermənistan tərəfdən qarşılıqlı razılaşma əsasında müəyyən olunmalıdır. Hesab edirəm ki, həmsədrlər öz çiyin yoldaşlarının qərəzli ermənipərəstliyinin qarşısını aldılar. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əsas mübahisə nəyin birinci olması üstündədir. Ermənilər tələb edirlər ki, əvvəlcə Dağlıq Qarabağın statusu müəyyənləşməli, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır. Yalnız bundan sonra ərazilər Azərbaycana qaytarıla bilər. Azərbaycan isə hesab edir ki, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalı, sonra isə statusun müəyyən olunması ilə bağlı proseslər başlanmalıdır".

M.Əhmədoğlunun fikrincə, amerikalı həmsədr Ceyms Uorlikin təqdim etdiyi "amerikan variantı" ortalığa mühüm geosiyasi məsələlər ortaya çıxarıb. O, belə deyib: "Əvvəla, Uorlik digər həmsədr ölkələrin mayın 12- bəyanat qəbul edəcəyindən xəbərdar imiş. Belə ki, "işğal olunmuş ərazilər" termini hər iki variantda işlənir. Digər tərəfdən, Uorlikin iki gün dözməyib bilərəkdən tələsməsi daha çox diqqəti çəkir. O, həmçinin öz bəyanatını "amerikan variantı" adlandırır. "Amerikan variantı" Akvil sənədi ilə, eləcə sonralar yayılmış həmsədrlərin 12 may bəyanatı ilə müqayisədə prinsipial fərqə malikdir. Uorlikin "amerikan variantı" yalnız ermənilərin arzularına uyğundur: Əvvəlcə status, sonra isə ərazi. Mühüm məsələlərdən biri odur ki, Uorlikin "amerikan variantı" dərhal Böyük Britaniyanın Avropa məsələləri naziri David Lidinqton tərəfindən dəstəkləndi. Hətta Lidinqton bir az da qabağa gedərək Dağlıq Qarabağı Azərbaycan Ermənistanla bərabər münaqişənin tərəfi kimi göstərdi. Britaniyanın Avropa məsələləri naziri Lidinqtonun Dağlıq Qarabağla əlaqəli mövqeyi Böyük Britaniya Xarici İşlər Nazirliyinin mövqeyinin tam ziddinədir. Belə ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır, Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qoşulması istiqamətində aktivlik nümayiş etdirir. Bu arada ermənilər anqlosakson nəzəriyyələrinin xeyrinə reveranslar etdilər. Uorlikin mayın 12-ni gözləmədən "amerikan variantı" açıqlaması, Böyük Britaniyanın Avropa işləri üzrə naziri Lidinqtonun onu dəstəkləməsi Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz regionuna səfəri ilə eyni vaxtda düşdü. Olandın Cənubi Qafqaz regionuna səfəri ehtimal ki, ABŞ Böyük Britaniyada qısqanclıq yaradıb. O da nəzərə alınmalıdır ki, Ollandın Cənubi Qafqaza səfərinin əsas məqsədi Azərbaycanla əlaqələrin inkişafı idi. Həm Olland Ermənistanda açıq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həqiqi həlli tapılmalıdır. Başqa sözlə, Olland açıq mətnlə ermənilərə bildirdi ki, ermənilərin Dağlıq Qarabağ münaqişəsinin həlli hesab etdikləri variant həll variantı deyil. Əsl həll variantı ermənilərin həllindən fərqlənir. Qərbin 3 iri dövləti arasındakı rəqabət ya qısqanclıq Rusiyanın lehinə işləyə bilər. İndi Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya Fransanın mövqeyi ədalətli, ABŞ Böyük Britaniyanın mövqeyi isə ermənipərəst kimi görünür".

Politoloqa görə, Qarabağ azərbaycanlıları erməniləri birlikdə istənilən anda danışıqlar prosesinə qatıla bilərlər. Onun sözlərinə görə, Qarabağ tənzimlənməsində ermənilərin çox çalışdığı məsələlərdən biri Qarabağ ermənilərini danışıqlar prosesinə qatmaqdır. Dağlıq Qarabağ ərazisində münaqişəyədək yaşayan 180 min əhalinin 2/3-si ermənilər qeyri-millətlər, 1/3-i isə azərbaycanlılar olub. Dağlıq Qarabağ erməniləri bu ərazidə avtoxton deyil, gəlmədirlər. Danışdıqları dildə fars türk qarışıqlarının olması ermənilərin bu əraziyə haralardan gəldiyini göstərir. Dağlıq Qarabağın 60 minlik azərbaycanlı əhalisi isə təbii demoqrafik proseslərin nəticəsidir avtoxtondurlar. Lakin bu gün Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının vəziyyətləri fərqlidir. Dağlıq Qarabağ erməniləri özlərini vəziyyətin sahibi hesab edirlər belə düşünürlər ki, onlar dövlət qurublar. Əgər hətta Ermənistan dövlət kimi mövcud ola bilmirsə, Dağlıq Qarabağda bir ovuc erməninin dövlət qurması gülüş doğurur. Dağlıq Qarabağ erməniləri işğalçı müharibənin iştirakçısıdır qalib çələngini ona təqdim ediblər. Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi reallığı nəzərə almağı tələb edir. Reallıq isə odur ki, 150 ildən çoxdur ki, Dağlıq Qarabağ erməniləri bu ərazidə yaşayır yaşamalıdır. Dağlıq Qarabağ azərbaycanlıları bu ərazilərə qayıtmalıdır. Qarabağ ermənilərinin Dağlıq Qarabağ tənzimlənməsində iştirakı ermənilərin özlərindən asılıdır. Qarabağdan deportasiya olunmuş azərbaycanlılar Qarabağa qayıdan andan etibarən Dağlıq Qarabağın əhalisinin təmsilçiləri danışıqlar prosesinə qatıla bilərlər. Hətta hər iki icma tənzimləmə prosesinin tam məsuliyyətini öz üzərilərinə götürə bilər. Çünki Azərbaycan Konstitusiyası Azərbaycan vətəndaşlarına geniş hüquqlar verir".

AQİL

 





21.05.2014    çap et  çap et