525.Az

Qazaxıstan Azərbaycana helikopter satmaq istəyir - FOTO


 

Qazaxıstan Azərbaycana helikopter satmaq istəyir - <b style="color:red">FOTO</b>

Qazaxıstan istehsalı olan EC-145 helikopterlərinin Azərbaycana ixracı istiqamətində iş aparılır.

APA-nın məlumatına görə, bu barədə Astanada mayın 22-də işə başlayacaq KADEX-2014 III beynəlxalq müdafiə sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında “Kazakhstan Engineering” Milli Şirkətinin baş direktoru Bolat Smaqulov bildirib.
 
B. Smaqulov ötən il və bu il Bakıda səfərdə olduğunu, keçirdiyi görüşlərdə helikopterin satışı ilə bağlı məsələlərin müzakirə edildiyini deyib.
 
“Biz Azərbaycana bu helikopterin ixracında maraqlıyıq və hazırıq. Bu sahədə ilkin danışıqlar olub və hər hansı problem görmürəm”, - deyə şirkət rəhbəri vurğulayıb.
 
Qeyd edək ki, sabah başlayacaq KADEX-2014 sərgisində 27 ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən 300-dən artıq şirkət təmsil olunur.
 
Sərgini 54 ölkədən rəsmi nümayəndə heyəti ziyarət edəcək.

 





21.05.2014    çap et  çap et