525.Az

Sürücülərin nəzərinə


 

Sürücülərin nəzərinə<b style="color:red"></b> Azərbaycanda Qurban bayramı günlərində xarici ölkə istehsalı olan avtomobillərin texniki baxışı davam etdiriləcək.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, xarici ölkə istehsalı olan avtomobillərin texniki baxışı oktyabrın 31-də başa çatır.

Ayın son günləri bayram günlərinə düşdüyündən sıxlıq yaranmasın deyə avtomobillərin texniki baxışının bayram günlərində davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) istehsal edilmiş minik avtomobilləri üçün texniki baxış müddəti sentyabrın 1-dən oktyabrın 31-dəkdir.
Oktyabrın 25 və 26-sı Qurban bayramı ilə bağlı qeyri-iş günləri elan edilib.
 





23.10.2012    çap et  çap et