525.Az

Kann festivalında Ukrayna pavilyonu Azərbaycanın hesabına genişləndirilib


 

Kann festivalında Ukrayna pavilyonu Azərbaycanın hesabına genişləndirilib<b style="color:red"></b>

67-ci Kann kinofestivalında Ukrayna inqilabı haqqında filmlər böyük ajiotaja səbəb olub.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, tamaşaçıların çoxluğu üzündən Ukrayna pavilyonunun ərazisi qonşuluqdakı Azərbaycan pavilyonu hesabına genişləndirilib.

 “Maydan” filminin rejissoru Sergey Loznitsa buna məcbur olduqlarını bildirib. “Biz pavilyonlarımızı birləşdirdik. Azərbaycan pavilyonundakı həmkarlarımız “bizim torpağımız sizin torpağınızdır” deyərək buna imkan yaratdılar”, - deyə o vurğulayıb.

 

 

 





22.05.2014    çap et  çap et