525.Az

“Azərbaycan ədəbiyyatından mühazirə mətnləri” adlı dərs vəsaiti işıq üzü görüb


 

“Azərbaycan ədəbiyyatından mühazirə mətnləri” adlı dərs vəsaiti işıq üzü görüb<b style="color:red"></b>

Tanınmış alim, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyevanın əcnəbi tələbələr üçün “Azərbaycan ədəbiyyatından mühazirə mətnləri” adlı dərs vəsaiti işıq üzü görüb.

“Təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əliyar Səfərli, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya üzrə elmlər doktoru, professor Himalay Qasımov və filologiya üzrə elmlər doktoru, professor Aydın Abıyevdir.

Azərbaycan ali təhsil ocaqlarının hazırlıq bölməsi və bakalavr pilləsində təhsil alan əcnəbi tələbələr üçün nəzərdə tutulan bu kitabda Azərbaycan ədəbiyyatının qədim dövrdən bu günümüzədək keçdiyi ədəbi-tarixi mərhələlərdən, o cümlədən Azərbaycan bədii düşüncəsinin görkəmli nümayəndələrinin həyatı, mühiti və yaradıcılığından bəhs edilir.

 





22.05.2014    çap et  çap et