525.Az

Avrasiya İqtisadi Birliyi yaradılır


 

Avrasiya İqtisadi Birliyi yaradılır<b style="color:red"></b>

Mayın 29-da Qazaxıstanın paytaxtı Astana şəhərində Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalanacaq.

Avrasiya İqtisadi Birliyinin təşkilat komitəsindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, müqaviləni Rusiya, Qazaxıstan və Belarus prezidentləri imzalayacaqlar.
 
Qazaxıstanın Müstəqillik Sarayında keçiriləcək tədbirdə Ermənistan və Qırğızıstan prezidentləri də iştirak edəcəklər. Öncə prezidentlər məhdud çərçivədə, daha sonra isə geniş tərkibdə görüş keçirəcəklər.
 
Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalandıqdan sonra mətbuat üçün brifinq olacaq.
 

 





22.05.2014    çap et  çap et