525.Az

"Facebook" qanunsuz ovçuları ifşa etdi (FOTO)


 

"Facebook" qanunsuz ovçuları ifşa etdi<b style="color:red"> (FOTO)</b>

Qeyri-qanuni yolla quş ovlayan şəxslər “Facebook”da yaydığı şəkil və videolara görə cərimə ödəyəcək.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şanlıurfada qeyri-qanuni ovçuluq edən şəxslərin bu sosial şəbəkədə yaydıqları materiallar aidiyyatı qurumlar tərəfindən araşdırılıb. Quşları ovlayan şəxslər həmin heyvanların cəsədlərini avtomobilin üzərinə sərərək çəkdikləri foto və videoları sosial şəbəkədə paylaşıblar.

Onların “Facebook” səhifələrinə daxil olan izləyicilərdən bəziləri isə bu materialları aidiyyatı qurumlara yollayıb. Tərəflər törətdikləri əmələ görə 27 400 dollar məbləğində cərimə ödəyəcəklər.

Nigar Məhərrəm

 





23.10.2012    çap et  çap et