525.Az

Məktəblilər dünya fənn olimpiadasında iştirak edəcəklər


 

Məktəblilər dünya fənn olimpiadasında iştirak edəcəklər<b style="color:red"></b> Azərbaycan məktəbliləri kimya fənni üzrə 46-cı dünya olimpiadasında iştirak edəcəklər.

Trend Təhsil Nazirliyinin saytına istinadən məlumat verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilmiş 48-ci Beynəlxalq Mendeleyev olimpiadasında iştirak edən 6 Azərbaycan məktəblisindən ikisi yüksək yer tutub.

Qiymətləndirmənin nəticələrinə əsasən, Murad Rəhimov və Cavid Əhmədov bürünc medala layiq görülüb. Qalan 4 məktəbli - Dilqəm Əhmədli, Şamil Həsənli, Kərim Kərimli və Sergey Styopin iştirakçı diplomu ilə təltif olunub. Bürünc medal qazananlar Gəncə və Ağdaş məktəblərinin şagirdləridir. Diploma layiq görülənlər isə Şirvan, Bakı və Gəncə məktəbliləridir.

Ən yüksək bal yığan 4 şagird - Kərim Kərimli, Murad Rəhimov, Cavid Əhmədov, Dilqəm Əhmədli iyulun 20-də Vyetnamın paytaxtı Hanoyda keçiriləcək kimya fənni üzrə 46-cı dünya olimpiadasında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, 48-ci Beynəlxalq Mendeleyev olimpiadasında 16 ölkə iştirak edib. Bilik yarışı 2 nəzəri və 1 təcrübi olmaqla, 3 mərhələdən ibarət olub.

Azərbaycandan olimpiadada iştirak edəcək məktəbliləri seçmək üçün Təhsil Nazirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan və rus dillərində yazılı imtahan keçiriblər.

Seçilmiş şagirdlərin olimpiadada uğurlu iştirakını təmin etmək üçün onlar M.V.Lomonosov adına Moskva

Dövlət Universitetinin Bakı filialının kimya fakultəsində xüsusi hazırlıq keçiblər.
 





22.05.2014    çap et  çap et