525.Az

Obama sonuncu debatın qalibi oldu (VİDEO, YENİLƏNİB)


 

Obama sonuncu debatın qalibi oldu<b style="color:red"> (VİDEO, YENİLƏNİB)</b>

Obama və Romneyin sonuncu debatı keçirilib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün ABŞ-da prezidentliyə namizədlər Barak Obama və Mitt Romney Floridada bir araya gələrək xarici siyasəti müzakirə ediblər. Debatda Liviya, Suriya, Pakistan, İran, Əfqanıstan, Çinlə ticarət əlaqələri və bu ölkələrdə baş verən son durum müzakirə olunub. Obama çıxışında İraqı tərk etdiklərini, Əfqanıstanı da birdəfəlik tərk etmək istədiklərini, Əl-Qaidə lideri Bin Ladenin öldürüldüyünü qeyd edib.

Romney isə Obamanı İsraillə əlaqələri gərginləşdirməkdə və iqtisadi inkişafla əlaqədar zəruri addımlar atmamaqda günahlandırıb: “Güclü dövlət olmaq üçün öncə iqtisadi durumu tənzimləməliyik”.

90 dəqiqə davam edən debatın sonunda Obama xalqın səsini istəyərək 4 il ərzində onların səslərini eşitdiyini deyib. Romney isə fikrini bu cür bitirib: “Obamaya səs versəniz sonumuz Yunanıstan kimi olacaq”.

Barak Obama: 2 Mitti Romney: 1

Amerikanın media qurumları tərəfindən aparılan sorğunun nəticələrinə görə, seçicilər bu debatda Obamanın daha yaxşı performans sərgilədiyini söyləyiblər. Obama çıxışında Romneyin fikirlərini əsassız olduğunu deyərək onu uğursuz lider adlandırıb. “CNN”in apardığı sorğuların nəticələrinə görə Barak Obama 48 faiz, Mitti Romney isə 40 faiz səs toplayıb. “CBS” tərəfindən təşkil olunan sorğuda isə Obama 53 faiz, Romney isə 23 faiz səs qazanıb.

Nigar Məhərrəm

 





23.10.2012    çap et  çap et