525.Az

Təhsil Nazirliyindən "Son zəng" xəbərdarlığı


 

Təhsil Nazirliyindən "Son zəng" xəbərdarlığı<b style="color:red"></b> Azərbaycan Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində "Son zəng"in necə keçiriləcəyinə aydınlıq gətirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu il ümumtəhsil məktəblərində "Son zəng" tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq.

Nazirlik yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə bəzi tövsiyələrini də verib.

Tövsiyələrdə bildirilib ki, "Son zəng" tədbiri bilavasitə təshil müəssisələrində keçirilməli, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunmalı, təhlükəsizliklə bağlı lazımi işlər görülməlidir.

"Son zəng" tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.
 





22.05.2014    çap et  çap et