525.Az

"Formula 1"-ə görə Bakıda bağlanacaq yolların siyahısı


 

"Formula 1"-ə görə Bakıda bağlanacaq yolların <b style="color:red">siyahısı</b> Bakıda keçiriləcək GT-3 kateqoriyalı "Formula 1" şou-proqramı avtomobil yarışının hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif əsədov Trend-ə bildirib ki, oktyabrın 24-də tədbirin hazırlığı, sonrakı günlərdə rəsmi paradla açılışı ərazidə məşqlərin, kvalifikasiya işlərinin, avtomobillərin start və finişi oktyabrın 28-dək davam edəcək.

10 ölkə komandası və dünyanın ən məşhur avtomobil brendlərindən olan Lamborgini, Mazeratti, Ferarri, Mercedes, porsche və s. markalı 35 avtomobil 14 döngəni və 2200 metrlik yürüş zolağı boyunca hərəkət edərkən dünyanın 32 ölkəsində 65 televiziya kanalı vasitəsi ilə birbaşa yayımlanması nəzərdə tutulub.

Bu məqsədlə tədbirin təhlükəsizliyinin tam təmin edilməsi üçün İdarə əhalinin və avtomoil sürücülərinin nəzərinə çatdırır ki, 24 oktyabr saat 07:30-dan oktyabrın 29-a kimi tədbir tam başa çatana qədər paytaxtın yürüş zolağı kimi nəzərdə tutulmuş Azadlıq meydanı, Zorgi, puşkin, Ü. Hacıbəyov, Z. əliyeva, R. Behbudov küçələri, azadlıq, neftçilər prospektləri istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Ona görə, qeyd edilən müddət ərzində A. Cəlilov-Y. Səfərov küçələrinin kəsişməsindən, S. Vurğun və Bülbül prospekti ilə Z. Əliyeva küçəsinin kəsişməsindən, Niyazi küçəsi ilə Azneft dairəsinə və azneft dairəsi ilə Naftçilər prospektinə, həmçinin Kempinski otelindən M. Müşfiq küçəsi ilə Parlament prospekti, M. Hüseyn, T. Elçin, Niyazi küçələrindən Azneft dairəsinə Neftçilər prospekti ilə yürüş zolağı istiqamətində hərəkətin məhdudlaşdırılmasını nəzərə alaraq mümkün qədər şəxsi avtomobillərdən az istifadə edilməsini, alternativ yollardan istifadə etməklə ictimai nəqliyyatdan istifadəni tövsiyyə edir.
 





23.10.2012    çap et  çap et