525.Az

“Bundan sonra cənab Morninqstar Bakıda öz diplomatik fəaliyyətini necə davam etdirəcək"?


 

“Bundan sonra cənab Morninqstar Bakıda öz diplomatik fəaliyyətini necə davam etdirəcək"?<b style="color:red"></b>

“ABŞ səfiri Riçard Morninqstarın son müsahibəsi məni həddən artıq təəccübləndirdi.  Diplomatik etikaya sayğısızlıq bir yana, səfirin açıq-aşkar başqa dövlətin daxili məsələləri ilə bağlı fkir yürütməsi heç bir əndazəyə sığmır.  Bu ABŞ və Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlığa  da ziyan gətirən bir müsahibədir”.

Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü, “Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin sədri Fuad Muradov sosial şəbəkədəki səhifəsində yazıb.

“Azərbaycan  xarici və daxili siyasətini müstəqil ölkə olaraq özü müəyyənləşdirir. Dövlət başçısı İlham Əliyev  tərəfindən aparılan  siyasi kursun əsas hədəfi  mürəkkəb geosiyasi məkan hesab olunan Cənubi Qafqazda kövrək təhlükəsizlik qurşağının möhkəmləndirilməsinə yönəldilib. Bu siyasət nəticəsində Azərbaycan  bölgədə sülhün və sabitliyin  əsas qarantı sayılır.  Rəsmi Bakının dəstək verdiyi enerji layihələri sayəsində bizim ölkə Avropanın enerji təhlükəsizliyini təminatıçına çevirib. Yeridilən bu siyasət Avropanın nufuzlu beynəlxaq təşkilatları və eləcə də ABŞ tərəfindən dəfələrlə təqdir edilib.  Fikrimcə, strateji tərəfdaş saydığı bir ölkəyə qarşı belə ittihamlar yolverilməzdir.

Morninqstarın problem sayaraq vurğuladığı məsələlər isə ölkə başçısının apardığı islahatlar xəttinin əsas prioritetidir. Ölkədə demokratik təsisatlar və vətəndaş cəmiyyəti strukturlarının təşəkkülü və inkişafı danılmazdır.  Böyük çətinliklər hesabına müstəqilliyinin 23-cü ilnə gəlib çatmış və hələ də başa çatmamış müharibənin fonunda gənc dövlətdən bütün məsələlərin dərhal həll olunmasını   istəmək 200 il dövlətçilik tarixi olan bir dövləti təmsil edən səfirə baş ucalığı gətirmir. Azərbaycandakı vətəndaş cəmiyyəti  xarici havadarlarının dirijorluğu ilə oynadılan qüvvələrdən yox, ölkəmizin müstəqilliyini qorumaq üçün cəmləşən bir müstəvidir. Ölkədə dövlət başçısı tərəfindən aparılan islahatlar dövlət quruculuğunun bütün sahələrini əhatə edir  və vətəndaş cəmiyyətləri də bu siyasətdə aparıcı yer tutur.

Mən Morninqstarın bu müsahibəsindən təəssüflənirəm.  Belə ittihamlar səsləndirən səfirlər adətən ciddi diplomatik qalmaqalla üzləşirlər. Mən başa düşmürəm ki, bundan sonra cənab Morninqstar Bakıda öz diplomatik fəaliyyətini necə davam etdirəcək?”-deyə deputat vurğulayıb.

 

 





22.05.2014    çap et  çap et