525.Az

ABŞ səfiri Riçard Morninqstar XİN-ə çağırılıb


 

ABŞ səfiri Riçard Morninqstar XİN-ə çağırılıb<b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, səfirə “Azadlıq” radiosuna müsahibəsində işlətdiyi bəzi ifadələr xatırladılıb, Azərbaycanın daxili işlərinə qarışmağın əksini tapdığı fikirlərə yol verilməsinin qeyri-məqbul olması barədə irad bildirilib.
 
Səfirin diqqətinə çatdırılıb ki, bu kimi addımlar həm iki ölkə arasında münasibətlərin ruhuna, həm də diplomatik fəaliyyət normalarına uyğun deyil.

 





22.05.2014    çap et  çap et