525.Az

Hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib


 

Hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib<b style="color:red"></b>

Azərbaycanın hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 51 yaşlı Hamdi Murat Usta vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.
 
APA-nın əldə etdiyi məlumata görə, Hamdi Mrat Usta Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
 
Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.
 
Onların hamısı vergidən yayınmada ittiham olunur.

 





23.05.2014    çap et  çap et