525.Az

Azərbaycan və Çin münasibətləri yeni müstəvidə


 

Azərbaycan və Çin münasibətləri yeni müstəvidə<b style="color:red"></b>

Son illər böyük miqyaslı əhəmiyyətli tədbirlərə ev sahibliyi edən Çin yerləşdiyi regionda artıq uzun illərdir mühüm rol oynamaqdadır. Bu sıradan 20-23 may 2014- il tarixlərində məhz ÇXR-in Şanxay şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət Etimad Tədbirləri üzrə Müşavirənin keçirilməsi nəzərdə tutulmuşdu. ÇXR bu il bu müşavirəyə ev sahibliyi etməklə yanaşı, 2014-2016- illərdə ona sədrlik etməyi öz üzərinə götürüb.
 
Məlumdur ki, sözügedən müşavirə 1992-ci ildə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbəyovun təşəbbüsü ilə BMT-nin 47-ci sessiyasında təsis edilib. Hal-hazırda bu qurumun 24 daimi 13 müşahidəçi üzvü var. Bu dəfə müşavirədə Pakistan üzv ölkələrindən biri kimi iştirak edir. Qeyd edək ki, Çin mətbuatında Pakistanın Qərbi Asiyada sülhün sabitliyin qorunmasında verdiyi töhfə yüksək qiymətləndirilir. ÇXR XİN-nin verdiyi məlumata istinadən bu dəfəki müşavirəyə 46 ölkə beynəlxalq təşkilat rəhbəri, 11 ölkə başçısı, 2 hökümət rəhbəri 10 beynəlxalq təşkilata məsul şəxslər qatılıb ki, yaranandan ilk dəfə olaraq bu həcmdə toplantı keçirilir.

Azərbaycanın da dövlət başçısı səviyyəsində bu müşavirədə iştirak etməsi, ÇXR-in müşavirənin üzv ölkələrinin ölkəmizi mühüm tərəfdaş kimi qiymətləndirməsi sevindirici haldır. Qeyd edək ki, diplomatik əlaqələr qurulandan sonra iki ölkə arasında isti münasibətlər nəzərəçarpacaq dərəcədə yüksəlib. Ümumiyyətlə Azərbaycan-Çin arasında bərqərar olan xalq diplomatiyası artıq uzun illərdir ki, digər sahələrin inkişafına da böyük töhfə verir. Ölkələr arasında iqtisadi dövriyyə 2013- ildə 1 milyard 20 milyon olub. Münasibətlərin qarşılıqlı etimad əməkdaşlıq, dostluq şəraitində davam etməsi gələcəkdə daha sıx əlaqələrin qurulacağına inamı artırır. İlham Əliyevin 2005-ci il mart ayının 7-8-ində Pekinə rəsmi səfəri 2008-ci ildə Pekin Yay Olimpiadası ərəfəsində yenidən Pekində olması Azərbaycan prezidentinin ÇXR ilə əlaqələrə böyük önəm verməsini göstərir. 

Hazırda regionda digər ölkələrdə cərəyan edən hadisələr ÇXR-i ölkəmizlə daha sıx əməkdaşlıq etməyə sövq edir ki, bu əməkdaşlıq əlaqələrindən biri kimi Bakı-Tiflis-Qars dəmiryolu layihəsini göstmərmək olar. Sözügedən layihəyə ÇXR böyük iqtisadi maraq göstərdiyini nümayiş etdirir. Bununla yanaşı, Azərbaycanın region ölkələrə iri sərmayələr qoymasını ÇXR- iqtisadi baxımdan yaxınlaşmanın zəmanəti kimi qiymətləndirmək olar. ÇXR-in Mərkəzi Asiyanın bir çox iri layihələrində fəal iştirakı onun yaxın gələcəkdə ölkəmizlə əlaqələri daha da genişləndirəcəyinə əsas yaradır. Çünki Çin höküməti ölkəmizin onlar üçün qədər önəmli Avropaya çıxış üçün çox faydalı olduğunu dərk edir. Prezidentimizin Şanxay səfəri gələcəkdə Azərbaycanın Yeni İpək Yolu İqtisadi Zonasına böyük töhfə verəcəyi inamını daha da artırıb. Qeyd edək ki, Yeni İpək Yolu Avrasiya qitəsi boyunca 18 ölkəni 3 milyard əhali daxil olmaqla, demək olar ki, dünyanın yarısını əhatə edir. ÇXR ərazisində isə Yeni İpək Yolu iqtisadi zonasına Şansinin şimal-qərbi, Qansu, Çinxay, Ninsya Sintzyan Uyğur Muxtar Vilayəti daxil olmaqla beş rayon Çonçinin cənub-qərbi, Sıçuan, Yünnan, Quansı kimi dörd əyalət şəhəri daxil edilir. İ.Əliyev Yeni İpək Yolu iqtisadi zonasına dair həmkarı Si Cinpin ilə söhbəti zamanı neft-qaz sənayesinin, kənd təsərrüfatının digər sahələrin inkişanda Azərbaycanın Çinlə hərtərəfli əməkdaşlığa hazır olduğunu birldirmişdi. Sözügedən müşavirədə dövlət başçımızın iştirakı onun Çin  rəhbəri ilə görüşləri gələcəkdə ölkələr arasında bütün sahələrin inkişafı üçün əlverişli şərait yaradacaq münasibətlərin yaxınlaşmasına xidmət edəcək.

 





23.05.2014    çap et  çap et