525.Az

Masallıda partlayış zamanı xəsarət almış ev sahibi ölüb


 

Masallıda partlayış zamanı xəsarət almış ev sahibi ölüb<b style="color:red"></b>

Masallıda iki həftə öncə fərdi yaşayış evində baş vermiş partlayış zamanı xəsarət alan ev sahibi ötən gecə dünyasını dəyişib.

Bu barədə APA-nın cənub bürosuna Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Şöbəsindən məlumat verilib.
 
Qeyd edək ki, mayın 9-da saat 08:30 radələrində Masallı rayonunun Təklə kənd sakini, 1963-cü il təvəllüdlü Vilayət Məmməd oğlu İbrahimova məxsus fərdi yaşayış evində güclü partlayış baş verib. Partlayış nəticəsində ev sahibi və onun 1997-ci il təvəllüdlü qızı Südabə İbrahimova ağız yanıq xəsarətləri alıblar. Ev sahibinin bədəninin 60%-i, qızının isə bədəninin 25%-i yanıb.
 
Hər iki yaralı təcili olaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib. Lakin vəziyyətləri ağırlaşdığından onların hər ikisi Bakı şəhərindəki Respublika Yanıq Mərkəzinə  köçürülüb. Həkimlərin səylərinə baxmayaraq V. Məmmədovu xilas etmək mümkün olmayıb. Onun qızı S. İbrahimovanın isə vəziyyətinin normal olduğu bildirilir.
 
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

 





23.05.2014    çap et  çap et