525.Az

Luqanskda silahlı toqquşmalar güclənir


 

Luqanskda silahlı toqquşmalar güclənir<b style="color:red"></b>

Ötən sutka ərzində Ukraynanın şərqində aparılan antiterror əməliyyatları nəticəsində 20-yə yaxın terrorçu öldürülüb, 30-a yaxını yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində antiterror əməliyyatı haqda məlumatlandırma üzrə operativ qrupun rəhbəri Vladislav Seleznyov açıqlama yayıb.  
 
V. Seleznyov Luqansk vilayətinin Rubejnoye şəhəri yaxınlığında yerli separatçılar və Rusiyadan gəlmiş muzdlulardan ibarət silahlı dəstənin zərərsizləşdirildiyini açıqlayıb: “Silahlı qrupun itkiləri 20-yə yaxın ölü və 30-a yaxın yaralıdan ibarətdir. Təəssüf ki, Ukrayna tərəfi də itki verib. Əməliyyat zamanı bizim 2 hərbçimiz həlak olub, 7-si yaralanıb”. 
 
Qeyd edək ki, son günlər Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətləri ərazisində separatçı-terrorçu qruplarla hökumət qüvvələri arasında toqquşmalar daha da intensivləşib. Mayın 22-də Donetsk vilayətinin Volnovaxa şəhəri ətrafında düşərgə quran Ukrayna Silahlı Qüvvələrinin motoatıcı dəstəsinə hücum nəticəsində 16 Ukrayna hərbçisi həlak olub. 

 





23.05.2014    çap et  çap et