525.Az

“Dövlət Statistika Komitəsinin metodikası dəyişdirilməlidir"


 

“Dövlət Statistika Komitəsinin metodikası dəyişdirilməlidir"<b style="color:red"></b> “Zorakılıq tətbiq edən ailə zorakılığın mənbəyidir. Ailədə zorakılıq görən uşaq bunu normal qəbul edir. Böyüyəndən sonra ətrafındakılara qarşı zorakılıq tətbiq etməyə başlayır”.

Lent.az-ın məlumatına görə, bnu bu gün “Azərbaycanda uşaq müdafiə sisteminin uşaqlara qarşı zorakılıqla mübarizəyə dair fəaliyyətinin təhlilinə dair hesabat”ın təqdimatında ombudsman Elmira Süleymanova bildirib.
 
Son zamanlar ölkədə boşanmalarla yanaşı, qeyri-rəsmi nikahların sayında da artım olduğunu deyən Elmira Süleymanova ana və uşaq ölümlərindən də danışıb: “Ana və uşaq ölümü artıb. Lazım gəldi-gəlmədi, qeysəriyyə əməliyyatı aparılır. UNİCEF-in öz əməkdaşı dünyaya uşaq gətirən zaman ehtiyac duyulmadan qeysəriyyə əməliyyatı edilib. Əməliyyat zamanı məsuliyyətsizlik nəticəsində xəstənin sidik kisəsi deşilib. Bu qadın beş il uşaq dünya gətirə bilməyib. Mən istəyirəm ki, doğum evlərində monitorinq keçirək. Bununla bağlı Səhiyyə Nazirliyi ilə danışacağam”.
 
E. Süleymanovanın sözlərinə görə, Azərbaycanda abortlarla bağlı düzgün statistika aparılmır: “Dövlət Statistika Komitəsinin metodikası dəyişdirilməlidir. Çünki evlərdə doğulan körpələr, qeyri-rəsmi nikahın hesabatı aparılmayıb. Bu hesabatdan sonra dəqiq statistika əldə edilə bilər”.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə 10-a yaxın uşaq müəssisəsində monitorinq aparıldığını deyib. Onun sözlərinə görə, bu müəssisələrdə problemlər aşkarlanıb. Onların həlli istiqamətində digər qurumlarla birgə fəaliyyət göstəriləcək.
 
Sonda çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard uşaqlara qarşı zorakılıq olması faktlarını qeyd edib: “Uşaqlara qarşı zorakılıq yoxdur” desək, yalan olar. Respublikanızda uşaqlara qarşı zorakılıq var. Biz Ombudsman Aparatı ilə birgə bu sahədə işlər aparırıq. Bir də uşağa qarşı zorakılığın olub-olmamasını ayırd etməkdə çətinlik çəkilir. Bunu necə təyin etmək olar ki, uşağa qarşı zorakılıq olub, ya yox? Bu sahədə bizim maarifləndirmə metodlarımız, beynəlxalq qanunlar var. Maariflənmək lazımdır. Ölkənizdəki QHT-lərin çoxu Bakıda mərkəzləşib. Bölgələrlə də işləmək lazımdır”.
 





23.05.2014    çap et  çap et