525.Az

“Rene Rukenin məsələsi Kristofer Ştrasserin məsələsindən fərqlənir”


 

“Rene Rukenin məsələsi Kristofer Ştrasserin məsələsindən fərqlənir”<b style="color:red"></b>

“Hüquqi nöqteyi-nəzərdən AŞPA-nın vitse-prezidenti Rene Rukenin məsələsi Azərbaycan üzrə məruzəçi olmus Kristofer Ştrasserin məsələsindən fərqlənir”.

Bunu bu gün keçirdiyi mətbuat konfransında AŞPA sədri Anna Brossör APA-nın əməkdaşının “AŞPA-nın Azərbaycana məruzəçi təyin etdiyi Kristofer Ştrasserə də viza verilməmişdi. Amma o vaxt AŞPA Bürosu bununla bağlı heç bir qərar qəbul etmədi. Niyə məhz işğal altındakı Azərbaycan ərazilərinə icazəsiz getmiş Rene Rukeyə viza verilməməsi ilə bağlı qərar qəbul edildi” sualına cavabında bildirib.
 
A. Brossör deyib ki, bu iki məsələdə fərq Ştrasserə, ümumiyyətlə, viza verilməməsi, Rukeyə isə verilən vizanın ləğv edilməsindədir.
 
AŞPA sədri bildirib ki, beynəlxalq sazişlərə və Paris Protokoluna görə, bütün AŞ üzvü olan dövlətlərdə keçirilən iclaslarda qurum üzvlərinin gediş-gəliş hüquqları təmin olunmalıdır: “Bu hüquq təmin olunmadığı halda tətbiq olunan qayda isə həmin ölkələrdə iki il müddətinə iclasları keçirməkdən imtina etməklə bağlıdır. Bu, sadəcə Azərbaycana qarşı tətbiq edilməyib. Digər ölkələrdə də təkrar belə hal baş versə, onlara da eyni qayda tətbiq olunacaq”.

 





23.05.2014    çap et  çap et