525.Az

“AzAl” Bakı-Krasnoyarsk-Bakı istiqaməti üzrə uçuşlara başlayır


 

“AzAl” Bakı-Krasnoyarsk-Bakı istiqaməti üzrə uçuşlara başlayır<b style="color:red"></b> "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu iyulun 4-dən Bakı-Krasnoyarsk-Bakı istiqamətində müntəzəm uçuşların icrasına başlayacaq.

Trend-in AZAL-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, aviareyslər cümə günləri həyata keçiriləcək.

Təyyarələr Bakıdan saat 05:45-də, Krasnoyarskdan isə 15:45-də (yerli vaxtla) havaya qalxacaq. Uçuşlar müasir və komfortlu "Boeing" tipli hava gəmiləri ilə həyata keçiriləcək.

Aviaşirkətin məlumatına görə, hər iki istiqamətə biletin dəyəri 540 manatı ötür.
 





23.05.2014    çap et  çap et