525.Az

Gözdən əlillər üçün çoxmənzilli yaşayış binası inşa ediləcək


 

Gözdən əlillər üçün çoxmənzilli yaşayış binası inşa ediləcək<b style="color:red"></b> Bakı şəhərinin Nərimanov rayonunda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlil vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa etdirilir.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yaşayış binasının cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.
 
Mənzillərin 66-sı birotaqlı, 44-ü ikiotaqlı, 22-si üçotaqlıdır. Burada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır. Gözdən əlillərin əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından istifadə olunur. Binanın aşağı mərtəbələrində gözdən əlillərin asudə vaxtlarda mənalı istirahəti, habelə onlarla bağlı  ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılır, ətrafda abadlıq işləri aparılır.
 





23.05.2014    çap et  çap et