525.Az

Azərbaycan Yazıçılar Birliyi şeir müsabiqəsi elan edib


 

Azərbaycan Yazıçılar Birliyi şeir müsabiqəsi elan edib<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi (AYB) şeir müsabiqəsi elan edib.
 
AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Ən yaxşı şeir” adı altında elan olunan müsabiqə AYB-nin və Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin birgə təşəbbüsü ilə keçirilir.
 
Müsabiqənin şərtlərinə əsasən mövzu sərbəstdir, istənilən məzmunda, istənilən vəzndə yazılmış şeirlər müsabiqəyə təqdim edilə bilər. İştirakçılar müsabiqəyə yalnız bir şeirlə qatıla bilərlər. Müəlliflər şəkil və haqqında qısa məlumat olmaqla şeirlərini [email protected][email protected] ünvanlarına göndərə bilərlər.
 
Müsabiqə mayın 25-dən iyunun 25-dək davam edəcək. Qaliblər münsiflər tərəfindən seçiləcək. Münsiflərin kimliyi müsabiqənin yekununa qədər acıqlanmayacaq.
 
AYB-dən bildiriblər ki, birinci yerin qalibi diplom və qiymətli hədiyyə ilə təltif olunacaq. İlk beş yerin qaliblərinin şeirlərindən ibarət nəfis tərtibatla almanax kitab çap ediləcək. İştirakçılar arasından seçiləcək ilk onluğa isə müxtəlif hədiyyələr və diplomlar təqdim ediləcək.
 
Müsabiqənin informasiya dəstəyi www.ayb.az, www.nashir.az, “Naşir” və “Ulduz” jurnallarıdır.

 





23.05.2014    çap et  çap et