525.Az

Qobustanda atraksion aşıb, ölən və yaralananlar var


 

Qobustanda atraksion aşıb, ölən və yaralananlar var<b style="color:red"></b>

Azərbaycanın Qobustan rayonunda faciəli hadisə baş verib.

APA-nın xəbərinə görə, hadisə Qobustan rayonunun “Bağ-bağat” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi
attraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.
 
Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.

 





23.05.2014    çap et  çap et