525.Az

Taleb Rifai: “Turizm Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur”


 

Taleb Rifai: “Turizm Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur”

“Azərbaycanda turizmin inkişafı göz önündədir. Azərbaycan Avropa və Asiyanı birləşdirən İpək Yolu üzərində yerləşdiyindən ölkənin kulinariya və turizm potensialını təşviq edə və bunun nəticələrini görə bilərik. Bakıya bir neçə dəfə səfər etmişəm və gedən inkişafı hər səfərimdə hiss edirəm”.

525.az saytının məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai deyib. O, ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, şəhərin əvvəlki görünüşündən, uğur və nailiyyətlərə əsasən, Azərbaycanda turizm sahəsində ilbəil inkişaf müşahidə olunur: “Turizm sahəsi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur. Ümumiyyətlə, respublika rəhbərliyinin bu qədər diqqət ayırması diqqətəlayiqdir. Bu gün turizmin gücü inanılmazdır. May ayında Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision 2012” yarışmasını uğurla keçirməniz bir daha sübut etdi ki, Azərbaycan günbəgün inkişaf edir”.

Baş katib bildirib ki, Bakıda öz işinə başlayan "İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfrans çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə nəzərdə tutulan görüşündə turizm sahəsinin Azərbaycan iqtisadiyyatındakı əhəmiyyətli yeri müzakirə olunacaq.

BƏXTİYAR

 





06.09.2012    çap et  çap et