525.Az

Qarabağdakı hərbi təlimlərə rəsmi münasibət


 

 Qarabağdakı hərbi təlimlərə <b style="color:red">rəsmi münasibət</b> Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında keçirdiyi hərbi təlimlərə və bu təlimdə Ermənistanın Prezidenti Serj Sarkisyanın iştirakına münasibət bildirib.

Buna görə narahatlığa əsas olmadını deyən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, vaxt gələcək onların ayağı Qarabağ torpağına dəyməyəcək.
Ermənistan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Serj Sarkisyanı işğal olunmuş Azərbaycan torpaqlarına səfəri zamanı müdafiə naziri Seyran Ohanyan, yüksək rütbəli hərbçilər müşayiət ediblər. Sarkisyan qoşunların təmas xəttindəki mövqelərə baş çəkib, qondarma "Dağlıq Qarabağ ordusu"nun hərbi hazırlığı ilə tanış olub.
 





23.10.2012    çap et  çap et