525.Az

Millət vəkili beynəlxalq foruma qatılacaq


 

Millət vəkili beynəlxalq foruma qatılacaq <b style="color:red"></b>

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) komitə sədri Jalə Əliyeva bu gün Rumıniyanın Buxarest şəhərində səfərdə olacaq.

525.az-ın məlumatına görə, millət vəkili Qara Dəniz hövzəsi qeyri hökumət təşkilatlarının formuna QDİƏT PA-nın Mədəniyyət, təhsil, sosial məsələlər komitəsinin sədri kimi dəvət olunub. Millət vəkilinin özünün bildirdiyinə görə, beynəlxalq forumda uşaq hüquqlarının qorunması, onların gələcəyinin təmin edilməsi mövzusunda müzakirələr aparılacaq və bir parlamentari, QDİƏT PA rəsmisi kimi, o da müzakirəyə çıxarılan məsələlərlə bağlı öz mövqeyini ortaya qoyacaq.

“İnanıram ki, bu müzakirələr çox maraqlı və əhəmiyyətli olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib. Qeyd edək ki, millət vəkilinin səfəri oktyabrın 26-da başa çatacaq.

 





23.10.2012    çap et  çap et