525.Az

Rauf Mirqədirovun atası vəfat edib


 

Rauf Mirqədirovun atası vəfat edib<b style="color:red"></b>

Həbsdə olan jurnalist Rauf Mirqədirovun atası dünyasını dəyişib.

R. Mirqədirovun vəkili Fuad Ağayev APA-ya bildirib ki, jurnalistin atası Həbibulla Mirqədirov gecə saatlarında vəfat edib.
 
Vəkil jurnalistin atasının dəfnində iştirakına icazə verilməsi üçün cinayət işinin istintaqını aparan müstəntiqə müraciət etdiyini qeyd edib.
 
Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.
 
İş üzrə dünən R. Mirqədirovun atasının evində axtarış aparılıb.

 





24.05.2014    çap et  çap et