525.Az

"Real" 10-cu dəfə Çempionlar Liqasını qazandı- Video


 

"Real" 10-cu dəfə Çempionlar Liqasını qazandı- <b style="color:red">Video</b> Bu gecə UEFA Çempionlar Liqasında 2013/14 mövsümünün qalibi məlum olub.

Qol.Az-ın məıumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşündə iki ispan komandası  - Madridin "Real" və"Atletiko" komandaları üz-üzə gəlib.

"Land of fire Azerbaijan" formalı "Atletiko" Portuqaliyanın paytaxtı Lissabonda keçirilək oyuna yaxşı əhval-ruhiyyədə çıxmışdı. Belə ki, Dieqo Simeonenin komandası bu mövsüm La Liqanı qızıl medallarla başa vurub.

Lakin "Atletiko" bu uğurun davamını gətirə bilməyib. Matçın son dəqiqələrinə qədər hesabda öndə olan "Land of fire Azerbaijan" formalı komanda 90+3-cü dəqiqədə qapısında qol görüb. Əlavə vaxtda daha 3 qol vuran "Real" 10-cu dəfə Çempionlar Liqasını qazanıb. 

Xatırladaq ki, "Atletiko" indiyədək ÇL-ni qazanmayıb. "Real" isə bu titulu doqquz dəfə əldə edib.

24 may


Çempionlar Liqası, final

23:45. "Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 4:1
Qollar: Dieqo Qodin, 36 (0:1), Ramos, 90+3 (1:1), Qaret Beyl, 111 (2:1), Marselo, 117 (3:1), Ronaldo, 119 (4:1)

 





25.05.2014    çap et  çap et