525.Az

Filmlərimiz İngiltərədə nümayiş olunacaq


 

Filmlərimiz İngiltərədə nümayiş olunacaq<b style="color:red"></b>

Filmlərimiz Azərbaycan-London Kino Festivalında nümayiş olunacaq.

525.az-ın məlumatına görə, noyabr ayının 1-dən 4-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Azərbaycan Mədəniyyətlərarası Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ənənəvi Azərbaycan- London Kino Festivalı keçiriləcək.

Gənc azərbaycanlı rejissorlara öz sənət əsərlərini beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradan festivalın açılış mərasimində britaniyalı kinosevərlərə Azərbaycanın bədii və sənədli filmləri təqdim olunacaq. Müasir dövrdə ölkəmizdə ən son lentə alınmış filmlərin "Shortwave cinema" kinoteatrında, Afrika və Şərqşünaslıq məktəbində və London Universitetində nümayiş etdirilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində Londonda yaşayan gənc azərbaycanlı rəssam Nailə Zülfüqarovanın sərgisi də keçiriləcək.

 





23.10.2012    çap et  çap et