525.Az

Xarici işlər nazirinin müavini Gürcüstana dəvət olunub


 

Xarici işlər nazirinin müavini Gürcüstana dəvət olunub<b style="color:red"></b> “Mən dostum, tərəfdaşım və həmkarım Xələf Xələfovu Gürcüstanda gözləyirəm. Onun üçün sərfəli və əlverişli bir vaxtda ölkəmizə səfər edə bilər.”

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan xarici işlər nazirinin müavini David Çalaqaniya APA-ya açıqlamasında bildirib.
 
Onun sözlərinə görə. diplomatik kanal vasitəsilə bu dəvət göndərilib və ondan cavab gözlənilir.
 
D.Calaqaniya Gürcüstan və Azərbaycan arasında aparılan delimitasiya və demarkasiya komissiyasının işinin indiki vəziyyəti haqqında da fikir bildirib: “Biz cənab Xələfov ilə razılığa gəlmişik ki, iş görək və az danışaq. Ən başlıcası, nəticələr əldə etməliyik. Lakin hələlik hiss olunan nəticələr yoxdur. Demarkasiya və delimitasiya məsələləri necə razılığa gəlmişiksə, eyni ilə də qalıb”.
 





26.05.2014    çap et  çap et