525.Az

Magistraturaya qəbul imtahanı ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb


 

Magistraturaya qəbul imtahanı ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb<b style="color:red"></b>  Mayın 25-də keçirilmiş magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmiş bakalavrların imtahanın məzmunu ilə bağlı müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb.
 
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Apellyasiya Komissiyası 26 və 27 may tarixlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Bu müddət ərzində bakalavrların imtahanın məzmunu ilə bağlı bütün müraciətlərinə baxılacaq.
 





26.05.2014    çap et  çap et