525.Az

Yük maşınının körpüdən aşması nəticəsində tıxac yaranıb


 

Yük maşınının körpüdən  aşması nəticəsində tıxac yaranıb<b style="color:red"></b>

Bakıda baş verən qəza tıxac yaradıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Cavanşir körpüsündə yük maşınının aşması ilə əlaqədar paytaxtın Heydər Əliyev və Babək prospektlərində, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrində tıxac yaranıb.
 
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Cavanşir körpüsündə qeydə alınıb.
 
Şəxsiyyəti məlum olmayan sürücünün idarə etdi “Shacman” markalı yük avtomobili aşıb. Qəza zamanı xəsarət alan olmayıb.

 





26.05.2014    çap et  çap et